“Qızıl top” mükafatının qalibi bəlli olub

“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.

Sportline.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.

İspaniyanın "Real" klubu mərasimi boykot etdiyi üçün tədbirdə iştirak etməyib.

İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.