"Qoca senyora" Portuqaliyada problemlə üzləşib

Ötən gecə ÇL-nın 1/8 finalında "Portu"ya 2-0 hesabı ilə qalib gələn "Yuventus"un üzvləri Portuqaliya aeroportunda problemlə üzləşiblər. Sportline.az xəbər verir ki, təyyarədəki nasazlıq turinlilərin əvvəlcədən müəyyənləşdirilən reyslə qayıtmasına mane olub.