Qomeş klubdan ayrılacağını açıqlayıb

"Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomeş yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, brazilyalı futbolçu ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

"Team Talk"un yaydığı məlumata görə, "Liverpul" və "Mançester Yunayted" 25 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, J.Qomeşin dəyəri 35 milyon avrodur.