Qordon "Liverpul" yolunda - "Nyukasl" transfer qiymətini açıqladı
"Everton"un sabiq futbolçusu Entoni Qordon yayda "Liverpul"a transfer ola bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" 25 yaşlı sol cinah vingeri üçün ən azı 80 milyon avro tələb edir.
İngiltərə millisinin üzvü "Liverpul"a keçməyə müsbət yanaşır.
Qeyd edək ki, E.Qordon bu mövsüm meydana çıxdığı 45 oyunda rəqib qapılarından 17 top keçirib.