Qriliş Mersisayd klubuna transfer olacaq

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş karyerasını "Everton"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Futbolçu Mersisayd klubuna 1 illik icarə əsasında keçəcək.

Jurnalist Mayk Qretin məlumatına görə, Qriliş yeni klubunda 18 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, transferin bu həftə rəsmləşəcəyi gözlənilir.