Qrinvud Fransa klubundan ayrılmaq niyyətindədir

"Marsel"in futbolçusu Meyson Qrinvud klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Lequipe" nəşri məlumat yayıb.

24 yaşlı sağ cinah vingeri cari mövsüm meydana çıxdığı 29 matçda rəqib qapılarında 20 top keçirib.

Qeyd edək ki, sözügedən oyunçunun dəyəri 50 milyon avrodur.