Qrinvud İngiltərə qayıda bilər
"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını yenidən ölkəsində davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Vest Hem Yunayted" və "Tottenhem" 24 yaşlı sağ cinah vingerini transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Qrinvudun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.