Qrinvud Madrid klubuna keçə bilər
"Marsel"in hücumçusu Meyson Qrinvudun adı "Atletiko Madrid"lə hallanır.
Sportline.az xəbər verir ki, baş məşqçi Dieqo Simione 24 yaşlı sağ cinah vingerinin oyununu çox bəyənir.
"Fichajes" nəşrinin yaydığı məlumata görə, argentinalı mütəxəsis Qrinvudun transferinin yanvar ayında reallaşmasını rəhbərlik tələb edib.
Qeyd edək ki, ingiltərəli futbolçunun transfer qiyməti 70 milyon avrodur.