Qrinvud qərarını verdi

"Marsilya"nın ingiltərəli futbolçusu Meyson Qrinvud son qərarını açıqlayıb.

Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, Qrinvud klubdan qalmaq niyyətindədir.

Oyunçu "Marsilya" forması ilə Çempionlar Liqasında mübarizə aparmaq istəyir.

Qeyd edək ki, Qrinvud bu mövsüm çıxış etdiyi 35 matçda 20 qol 5 asistlə yadda qalıb.

Onun Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Meyson Qrinvud "Marsilya"ya "Mançester Yunayted"dən 26 milyon avro qarşılığında transfer olmuşdu.