Qrizman "Atletiko"ya qələbə qazandırdı

İspaniya La Liqasında 27-ci tur davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 4 qarşılaşma keçirilib. 

Yuxarı pillələr uğrunda yarışan Madrid "Atletiko"su "Qranada" ilə qarşılaşmada çətin qələbəyə sevinib. "Sevilya" "Leqanyes"lə görüşdə xal itirib. "Valensiya" da 1 xalla kifayətlənib.

11 mart 2017
La Liqa, 27-ci tur

“Valensiya” – “Sportinq” - 1:1
Qol:
 Kop, 60 (0:1), El Haddadi, 85  (1:1)

Sevilya” – “Leqanes” -  1:1
Qol:
 Qabriel, 3 (0:1), Yovetiç, 43 (1:1)

“Malaqa” – “Alaves” - 1:2
Qol:
 Feddal, 39 (0:1), Xuan Karlos, 71 (1:1),Edqar Mendes, 90+1 (1:2)
Qırmızı vərəqə: Feddal, 72 (“Alaves”)

“Qranada” – “Atletiko” - 0:1
Qol:
 Qrizmann, 84.
Qırmızı vərəqə: Vakaso, 90+4 (“Qranada”)