Qrizmann: "Messi mənə deyirdi ki, mətbuata fikir vermə"

Fransa millisinin və “Atletiko Madrid”in sabiq üzvü Antuan Qrizmann “Barselona”nın sabiq futbolçusu Lionel Messi ilə bağlı xatirələrini bölüşüb.

Sportline.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, futbolçu Messi haqda bunları deyib: 

“Barselona”nın  futbolçusu olduğum vaxt mətbuat hər gün Leo Messinin məndən narazı olduğunu yazırdı. Messi isə mənə deyirdi: ‘Antuan, buna fikir vermə. Bunlar sadəcə mətbuatdır.’

O, hər matçda onlara meydanda cavab verirdi. Bəzi penaltiləri mənim yerinə yetirməyimə şərait yaradırdı və vurduğum qolları elə qeyd edirdi ki, sanki özü qol vurmuşdu”, – deyə Qrizmann bildirib.

Banner