Qurban Berdıyev "Spartak"ı çalışdıracaqmı?

Moskva “Spartak”ında baş məşqçi dəyişikliyi yenidən gündəmdədir. Komandanın Avrokuboklardan kənarda qalma təhlükəsi mövzunu daha da qızışdırıb. Rusiya mətbuatında yayılan xəbərlərdə klubun baş məşqçi Dmitri Aleniçevlə yollarını ayıracağı bildirilir. Onun yerinə ən real namizəd kimi isə Qurban Berdıyevin adı hallanır. Azərbaycanlı futbolsevərlərin daha çox “Rubin”dəki fəaliyyəti ilə tanıdığı təcrübəli mütəxəssis hələ ki,  məlumatı təkzib edir. O, Sports.ru saytına açıqlamasında ” Heç bir klubla danışıq aparmıram. Mövsümün sonuna kimi də, aparmaq fikrim yoxdur” –deyib. Bununla belə rusiyalı həmkarlarımız Aleniçevi məhs Berdıyevin əvəzləyəcəyinə əmindirlər.