Qurban Qurbanov: "Belə görüşlərdə nəticə əldə etmək çətindir"

“Bizi çətin və vacib oyun gözləyir. “Tottenhem” kimi komanda ilə görüşdə sərfəli nəticə əldə etmək çox çətindir”. SportLine.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında “Tottenhem”lə keçiriləcək oyun haqda deyib. Sonadək mübarizə aparacaqlarını bildirən mütəxəssis sərfəli nəticəyə ümidlidir: “Bir şeyi dəqiq deyə bilərəm ki, futbolçularım sonadək layiqli mübarizə aparacaqlar, rəqibdən çəkinməyəcəklər. Ümid edirəm, hazırlıqlarımızın bəhrəsini görəcəyik”.

Qeyd edək ki, Ağdam təmsilçisi “Tottenhem”lə oyunun hazırlıqlarına bu gün start verir.