Qurban Qurbanov: "Bizdən çox şey gözləyirlər"
"Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq. Özü də rəqib ən yaxşı formasındadır". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Tottenhem"lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Sabahkı görüşün hər iki komanda üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Qurbanov: "Çalışmalıyıq səhvsiz oynayaq. Buna hazırlaşmışıq və oyunçular da məsuliyyətlərini dərk edirlər. Bizdən çox şey gözlənilir. Biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq", - bildirib.
"Rəqibin 7 əsas oyunçusu sabah meydanda olmayacaq. Bu, "Qarabağ"ın uğur qazanmasına nə dərəcədə kömək ola bilər?"
"Rəqibin 7 oyunçusunu gətirməməsi onlar üçün ciddi porblem deyil. Çünki "Tottenhem" böyük klubdur. Bütün oyunçular əllərinə düşən şansdan istifadə etməyə çalışır. Daha istəkli və yorğun olmayan oyunçular çıxacaq. Bu da bizə daha ciddi problem yarada bilər".
"Rəşad Sadıqov meydana çıxa biləcək? Ümumiyyətlə, heyətdə hansı dəyişikliklər olacaq?"
"Belə görüşlərdə təcrübəli və stabil çıxış edən futbolçuların iştirakı vacibdir. Amma dəyişikliklər də mümkündür. Rəşadın oyuna çıxıb-çıxmayacağına sabah aydınlıq gələcək".