Qurban Qurbanovdan məğlubiyyətə şərh
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Fiorentina”ya məğlubiyyəti (1-5) belə şərh edib: “Rəqibə uğurlar arzulayıram. Bu komandanın yaxşı oyunçuları və əla məşqçisi var. Oyunu tez-tez dəyişməyi bacarırlar. Azlıqda qaldıqdan sonra bizim üçün çox çətin oldu. İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik”