Qurbanov yenə Qriqorçukdan öndə

"World Coach Ranking" dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq cədvəlini tərtib edib. SportLine.az xəbər verir ki, siyahıda Azərbaycandan iki məşqçinin adı var.

Ötən dəfə ilə müqayisədə 9 pillə irəliləyən Qurban Qurbanov 1361 xalla 434-cü yerdə qərarlaşıb. Mövqeyini 11 pillə yaxşılaşdıran Roman Qriqorçuk isə 852 xalla 612-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır.  Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür.  “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola isə 4-cüdür.