Qvardiola: “De Brüynenin zədəsi hələ sağalmayıb”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belçikalı futbolçu Kevin De Brüynenin zədəsi ilə bağlı məlumat verib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis mətbuat konfransı zamanı bu fikirləri səsləndirib;

“Kevin De Brüyne hələki meydana çıxa bilməz. Zədəsi tam sağalmayıb. Milli fasilədən sonra zədəsini tam sağaldıb yaşıl meydanlara geri qayıdacaq. Kevin məşqlərə başlayıb, lakin hələdə ayağında ağrıların olduğu söyləyir. Ümid edirəm ki noyabr ayının sonlarında biz onu yenidən meydanda görə biləcəyik”, - deyə P.Qvardiola bildirib.

Qeyd edək ki, Kevin De Brüyne “İnter” ilə matçda zədələnmişdi.