Qvardiola: “Zədəli futbolçularımız kifayət qədərdir”
“Mançester Siti”ni ispanyalı çalışdırıcısı Pep Qvardiola mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis zədəli futbolçular haqqında bu fikirləri qeyd edib;
“Zədəli futbolçularımız kifayət qədərdir. Bu mövsüm zədədən çox əziyət çəkir. Kevin De Brüyne, Kayl Volker və Cek Qrilişin milli fasilədən sonra belə qayıtmaları real görünmür. Savinyonun zədəsi isə ilkin müayinədən sonra bəlli olacaq”, - deyə P.Qvardiola bildirib.
Qeyd edək ki, “Mançester Siti” kubok matçında səfərdə “Tottenhem” komandasına 1:2 hesabı ilə məğlub olub.