Qvardiolaya iki oyunluq cəza verildi
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola iki matçlıq cəzaya məruz qalıb.
Sportline.az xəbər verir ki, bu qərar onun mövsüm ərzində 6-cı sarı vərəqəsini alması səbəbindən verilib.
Qvardiola İngiltərə kubokunun 1/8 finalında “Nyukasl”la (3:1) keçirilən oyunda hakimə sərt etiraz etdiyi üçün sarı vərəqə alıb və nəticədə cəzalı vəziyyətə düşüb.
Baş məşqçi İngiltərə Premyer Liqasının 30-cu turunda “Vest Hem”lə görüşü və hələ müəyyən edilməyən İngiltərə kubokunun 1/4 final matçını buraxacaq.