Rami Şeydayev Çempionlar Liqasında debüt etdi

Azərbaycan millisinin üzvü - Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Çempionlar Liqasının II təsnifat mərhələsində "Kopenhagen"i qəbul edib. SportLine.az xəbər verir ki, oyunun gedişində öndə olan Slovakiya çempionu üstünlüyü qoruya bilməyib. 61-ci dəqiqədə Miroslav Kaçerin meydandan qovulmasından sonra Danimarka klubu ardıcıl üç dəfə "Jilina"nın qapısına yol tapıb.

R.Şeydayev oyuna 57-ci dəqiqədə daxil olub. Hücumçu Yusuf Otubanconu əvəzləyib.

12 iyul 2017
Çempionlar Liqası, II təsnifat mərhələsi

"Jilina" - "Kopenhagen" - 1:3