Ramil Quliyev yenə ən yaxşıların sırasında

Avropa Atletika Assosiasiyasının "İlin atleti" mükafatına namizədlərin yekun siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, mükafata iddialılar arasında azərbaycanlı atlet Ramil Quliyevin də adı var.

Dünya və Avropa çempionu ilə yanaşı, daha üç atlet "İlin atleti" adını qazanmağa namizəddir. Bunlar fransalı dünya rekordçusu Kevin Meyer, isveçli Avropa çempionu Armand Duplantis və norveçli Yakob İnqebriqtsendir.

Qeyd edək ki, Avropa Atletika Assosiasiyası mükafatın sahibini 26 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində təşkil olunacaq tədbirdə açıqlayacaq.