Ramil Şeydayev "Jilina"da qol hesabını açdı

Azərbaycan millisinin üzvü - Ramil Şeydayev "Jilina"da qol hesabını açıb. SportLine.az xəbər verir ki, futbolçu "Tatran Presov"la görüşdə fərqlənib.

Ramil oyuna ehtiyat oyunçular skamiyasında başlayıb və 62-cı dəqiqədə, komandası 1:0 hesabı ilə öndə olarkən meydana daxil olub. 12 dəqiqə sonra “Jilina” hesab arasındakı fərqi artırıb. 79-cu dəqiqədə isə R.Şeydayev qarşılaşmada son nöqtəni qoyub - 3:0.

Qeyd edək ki, “Jilina” 55 xalla turnir cədvəlində liderdir.