Ramil Şeydayevin növbəti qolu
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya Superliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Trençin" kollektivi olub.
Səfərdə keçirilən matç "Jilina" üçün yaxşı başlayıb. 21-ci dəqiqədə fərqlənən R.Şeydayev komandasını önə keçirib. Ancaq qələbə hesabını qorumaq mümkün olmayıb. Giorgi Beridze və Rangelo Yanqanın qolları meydan sahiblərinə qələbə qazandırıb.
Qeyd edək ki, "Jilina" ötən tur çempionluğu rəsmiləşdirib.