Ramin Musayevə rəqib tapılmadı

Sabah Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçiriləcək. SportLine.az xəbər verir ki, mərasim 5 iyul saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.

Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.

PFL prezidenti postuna Ramin Musayevdən başqa namizəd yoxdur.

Xatırladaq ki, 8 ildir fəaliyyət göstərən PFL-ə Musayev rəhbərlik edib. O, iki dəfə qurumun prezidenti seçilib.

Banner