Ramos Karlosa çatdı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə dubl edən Serxio Ramos adını "Real"ın tarixinə yazdırıb. SportLine.az xəbər verir ki, "Napoli"ni iki dəfə mərkəzə dəvət edən futbolçu madridlilərin heyətində vurduğu qolların sayını 68-ə çatdırıb və klub tarixinin ən məhsuldar müdafiəçisi Roberto Karlosa şərik olub.
Sonrakı yerlərdə isə Fernando Yerro (67) və Pirri (63) qərarlaşıb.