Ramos karyerasını Argentinada davam etdirə bilər

Hazırda azad agent statusunda olan ispaniyalı futbolçu Serxio Ramos “Boka Xuniyors”dan təklif aldığını bildirib.

Sportline.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu bu təklifə müsbət yanaşdığı bildirilir. Oyunçu və klub arasında danışıqlar davam edir.

“Boka Xuniyors” rəhbərliyi Serxio Ramosun komandaya xeyir verəcəyini düşünür.

Qeyd edək ki, S.Ramos daha öncə “Sevilya”, “Real Madrid”, və “Paris Sen Jermen” kimi klubların şərəfini qoruyub.