Ranyerinin yerinə ən real namizəd

“Lester”dən uzaqlaşdırılan Klaudio Ranyerinin yerini Qus Hiddink tuta bilər. Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, vaxtilə, Hollandiya, Cənubi Koreya, Türkiyə, Avstraliya millilərini çalışdıran, son iş yeri isə “Çelsi” olan 70 yaşlı hollandiyalı bu vəzifəyə ən real namizəd sayılır. Xatırladaq ki, “Lester” rəhbərliyi ötən gecə baş məşqçi Ranyeri ilə yollarını ayırıb.