Rasmus Hoylund "Napoli"də

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund "Napoli"yə icarəylə keçdi.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in danimarkalı hücumçusu Rasmus Hoylund rəsmi olaraq İtaliyanın "Napoli" klubuna icarəyə verilib.

Tərəflər arasında razılıq əldə olunub və transfer rəsmiləşib.

22 yaşlı hücumçu üçün "Napoli" 6 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə əlavə olaraq 44 milyon avro dəyərində alış seçim hüququ da var ki, müəyyən şərtlər ödənildiyi təqdirdə bu seçim məcburi olacaq.