Rayan Vitor karyerasını İngiltərədə davam etdirə bilər

"Vasko Da Qama"nın brazilyalı futbolçusu Rayan Vitor karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Sport Witness" nəşri məlumat yayıb.

"Tottenhem", "Çelsi" və "Brayton" sözü gedən oyunçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Rayan Vitorun dəyəri 18 milyon avrodur.