"Real Betis" "Fiorentina" ilə görüşə itkilərlə çıxacaq
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, gecənin maraqla gözlənilən oyunu Florensiyada baş tutacaq.
“Fiorentina” “Real Betis”i qəbul edəcək. İspaniyada keçirilən ilk dueldə “Betis” 2:1 hesabı ilə qalib gəlmişdi.
“Fiorentina”nın heyətində əsas itki Danilo Kataldinin adı ilə bağlıdır. “Real Betis”də isə Dieqo Lorente, Mark Roka və Ezekiel Avila zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Oyunun ədalət təmsilçisi isveçli Qlenn Niberq olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.