“Real Betis” – “Nottingem Forest”: Düşərgələrdəki son vəziyyət

Düşərgələrdəki son vəziyyət

UEFA Avropa Liqasının Liqa mərhələsində yeni mövsümə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Real Betis” “Estadio La Kartuxa de Sevilla” stadionunda İngiltərənin “Nottingem Forest” klubu ilə üz-üzə gələcək.

Sevilya klubunda Aitor Ruibal, Nelson Deossa, Rikardo Rodrigez və İsko baş məşqçi Manuel Pelleqrinin sərəncamında olmayacaq.

“Nottingem Forest”də Murilyo, Ola Aina və Nikolas Domingez oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək matçı almaniyalı hakim Saşa Ştegemann idarə edəcək.