"Real" De Heyadan əl çəkdi

“Real” David de Heyanın transferindən əl çəkib. SportLine.az Marka qəzetinə istinadən xəbər verir ki, madridlilər “Mançester Yunayted”in qapıçısına daha maraq göstərmirlər. Klub rəhbərliyi Keylor Navasın çıxışından razı olan baş məşqçi Zinəddin Zidanın fikri ilə razılaşıblar. Xatırladaq ki, madridlilər De Heyanın transferinə 50 milyon avro xərcləməyə hazır idilər.