“Real Madrid” “Arsenal”a 80 milyon avro ödəməyə hazırdır
"Real Madrid" gələn yay "Arsenal"ın fransalı mərkəz müdafiəçisi Vilyam Salibanı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "El Desmarque" nəşri məlumat yayıb.
Saliba Madrid klubuna keçmək niyyətindədir.
Qeyd edək ki, "los blankos" bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.