“Real Madrid” Brahimlə yola davam edəcək

"Real Madrid" mərakeşli futbolçusu Brahim Diaza yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Brahim Diaz "Real"da xoşbəxt olduğunu söyləyib.