"Real Madrid" bu futbolçuya görə 65 milyon avro ödəməyə hazırdır
"Real Madrid" heyətinə yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas namizəd "Mançester Siti"nin futbolçusu Rodridir.
Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid klubu bu keçid üçün qarşı tərəfə 65 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rodri bu mövsüm meydana çıxdığı 11 matçda 1 asistlə yadda qalıb.