"Real Madrid" Endriklə bağlı qərar verib
"Real Madrid" brazilyalı gənc futbolçusu Endriki satmayacaqlarını açıqlayıb.
Sportline.az xəbər verir ki, bu haqda "Relevo" nəşri məlumat yayıb.
Endrik "Real Madrid"in gələcəyi hesab olunur. Bu səbəbdən rəhbərlik onunla yola davam edəcək.
Qeyd edək ki, 18 yaşlı hücumçu 2024-cü ilin yayında "Palmeyras"dan Madrid klubuna 47.5 milyon avro qarşılığında transfer olmuşdu.
Endrik bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 7 qol 1 asistlə yadda qalıb.
Xatırladaq ki, onun klubla müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.