"Real Madrid" "Liverpul"a 100 milyon avro ödəməyə hazırdır

"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister Madrid təmsilçisinin transfer hədəfindədir.

"Los blankos" bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Mak Allister cari mövsüm meydana çıxdığı 9 matçda 1 asistlə yadda qalıb.