“Real Madrid” Mbappeni transfer etməyinə peşman olub”

Bu sözləri məşhur futbol jurnalisti Romen Molina söyləyib

Sportline.az xəbər verir ki, R.Molina “Real Madrid”in K.Mbappe transferindən peşman olduğunu bəyan edib.

“Real Madrid” Mbappeni transfer etməyinə peşman olub. Bunu tam əminliklə söyləyirəm. Mbappeni transfer etmək fikri Florentino Perezin idi. O ancaq ulduz futbolçuları transfer etmək hədəfindədir. Klub üzvrləri K.Mbappenin oyun səviyyəsindən narazıdır”, - deyə Romen Molina bildirib.

Qeyd edək ki, Kylian Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 7 qol və 1 asistlə yadda qalıb.