“Real Madrid” “Qızıl top”un təşkilatçıları ilə münasibətlərə son qoyub

İspaniya nəhəngi “Real Madrid” maraqlı addımı ilə diqqət çəkib.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, “Real Madrid” rəhbərliyi “Qızıl top” mərasiminin təşkilatçıları, xüsusilə “France Football” jurnalı ilə münasibətləri kəsib.

Qərar Vinisiusun “Qızıl top”u qazana bilməməsindən sonra qəbul edilib.

Qeyd edək ki, Real Madrid” rəhbərliyi yalnız matçların təşkili ilə bağlı məsələlərdə “France Football”la təmasa keçəcək.