“Real Madrid” və “Atletiko” transfer yarışına girib
"Mançester Yunayted"in ingiltərəli yarımmüdafiəçisi Kobi Meyno karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" və "Atletiko Madrid" 20 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yarışa girib.
Bu haqda "Daily Mail" nəşri məlumat yayıb.
Qeyd edək ki, Meynonun dəyəri 50 milyon avrodur.