“Real Madrid” və “Barselona” transfer yarışına girib

"Real Madrid" və "Barselona" Harri Keyn uğrunda mübarizəyə hazırlaşır.

Sportline.az xəbər verir ki, İspaniyanın iki futbol nəhəngi – "Real Madrid" və "Barselona" gələn yay Harri Keynin transferi üçün yarışa girə bilər.

Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

"Real" və "Barça" 32 yaşlı ingilis forvardın müqaviləsindəki azadolma maddəsini aktivləşdirməyə hazırdır.

Məlumata görə, əgər Harri Keyn "Bayern"dən ayrılmaq istəsə, onu 68 milyon avrodan az bir məbləğə transfer etmək mümkün olacaq.