"Real Madrid" və "Liverpul"un gözü o futbolçunun üzərindədir

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Liverpul" 21 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yarışa girib.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Vartonun dəyəri 45 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 10 matçda 1 asistlə yadda qalıb.