"Real Madrid" və PSJ transfer yarışına girib

"Çelsi"nin ekvadorlu yarımmüdafiəçisi Moyzes Kaysedo Avropanın nəhəng klublarının transfer hədəfinə çevrilib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Paris Sen-Jermen" 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

M.Kaysedonun transfer qiyməti 90 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçunun "Çelsi" ilə sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.