“Real Madrid” “Vilyareal”a qarşı

İspaniya La Liqasında 8-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Vilyareal"la qarşılaşacaq.

Heyətlərə nəzər saldıq Madrid klubunda əsas itki Antonio Rudiger, Dani Karvaxal, Ferlan Mendi və Trent Aleksander-Arnoldun adı ilə bağlıdır.

"Vilyareal"da isə itkilərin sayı kifayət qədərdir. Xuan Foyt, Loqan Kosta, Villi Kamvala, Ayoze Perez, Jerar Moreno və Pau Kabanes zədədən əziyyət çəkir.

Qeyd edək ki, "Real Madrid" - "Vilyareal" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.