“Real Madrid”də qalmaqal yaşanıb
"Real Madrid" klubu ilə braziliyalı ulduz Vinisius Junior arasında münasibətlər gərginləşib.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, son görüşmədə rəhbərliklə futbolçu arasında “iplərin qopduğu”, klubun isə oyunçunu satmaq variantını ciddi şəkildə düşündüyü qeyd edilir.
Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.