“Real Madrid”dən Barkola həmləsi

"Real Madrid" "Paris Sen-Jermen"in sol cinah vingeri Bredli Barkolanı heyətə cəlb etmək istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu gələn ilin yayında PSJ-yə rəsmi təklif göndərəcək.

23 yaşlı oyunçunun transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, Barkola cari mövsüm meydana çıxdığı 21 matçda 4 qol, 5 asistlə yadda qalıb.