"Real Madrid"in Enzo sevdası
"Real Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandezi heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, Enzo Fernandez cari mövsüm meydana çıxdığı 17 matçda 4 qol 4 məhsuldar ötürmə müəllifidir.