“Real Madrid”in gözü “Çelsi”nin futbolçusunun üzərindədir
"Real Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandezi transfer etmək istəyir.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.
E.Fernandez "Real Madrid"ə keçməyə razılıq verib.
Qeyd edək ki, "los blankos" oyunçunun meneceri ilə təmas halındadır.