“Real Madrid”in gözü o futbolçunun üzərindədir
“Real Madrid” Aleksis Mak Allisteri izləyir, lakin transfer prioritet deyil.
Sportline.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer hədəfləri sırasına daxil edib.
Lakin “TEAMtalk”ın məlumatına görə, argentinalı futbolçunun transferi “kral klubu” üçün 2026-cı il üçün əsas prioritetlərdən biri sayılmır.
Qeyd edək ki, 26 yaşlı futbolçunun transfer qiyməti 100 milyon avrodur.