"Real Madrid"in hədəfində o var
"Real Madrid" "Tottenhem"in niderlandlı stopperi Miki Van de Veni transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisinin sərbəst qalma məbləği 43 milyon avrodur.
Qeyd edək ki, M.Van de Venin "Tottenhem"lə sözləşməsi 2029-cu ilin yayına qədərdir.